logo_01

Our Gallery

Contact Info

27 Division St, New York,
NY 10002, USA

+ 8 (123) 578 987 455
+ 8 (123) 578 987 449

stoni@webgeniuslab.com
stoni_2@webgeniuslab.com

Folow Us

Korona Mebel haqqında

Korona interyer sahəsindəki səyahətinə 25 il bundan əvvəl başlamış və kiçikli-böyüklü bir çox layihəni tamamlamış komandadır.

Biz dizayn və tikinti nüanslarını çox yaxşı bildiyimiz üçün Azərbaycanın bütün guşələrində müştərilərimiz üçün funksional, rahat məkanlar yaradırıq.

Əminik ki, işlərin planlı qaydada aparılması interyerin və onun rahat istifadəsinin əsasını təşkil edir.

Məqsədimiz müştərilərimizi yüksək keyfiyyətli interyer layihələri ilə təmin etməkdir. Buna nail olmaq üçün bizim zəngin təcrübəmiz, peşəkar yanaşmamız həll yoludur.

Biz inanırıq ki, zövqləri oxşayan interyer əsl komanda yanaşmasından bəhrələnir.

image-layers_1-1
haqqimizda

Bu işlər bizlikdir bizlikdir!

Əsas məqsədimiz sifarişçinin fikrini dəqiqləşdirmək və onun zövqünə uyğun interyer həllini ən əhatəli şəkildə təqdim etməkdir. Məkanın interyerini yaradarkən biz ətraflı şəkildə dizayn hazırlayırıq. İnteryerin ümumi konseptindən tutmuş ən kiçik ölçülərə qədər bir detala diqqət edirik.

Ölçü götürük

100 ölçüb bir biçən komandamız məkanın ölçülərini, tərzini və quruluşunu nəzərdən keçirir. Buna uyğun olaraq, müxtəlif dizayn həlləri düşünürlər. İnanırıq ki, dizaynın mükəmməl olması dizaynın ilkin ideyasını əks etdirməkdən asılıdır.

Render

Bu bizim prosesimizin ən vacib mərhələsi, yaradıcılığın alovlandığı və ideyaların doğulduğu andır. Ölçü götürdükdən sonra peşəkar dizaynerlərimiz müştəridən gələn rəylər əsasında fəaliyyətlərinə davam edir, interyer və dizayn həllərini vizuallaşdırır.

Biz hazırıq, bəs siz?

Sonuncu mərhələdə işlər tərəfimizdən həyata keçirilərək, müştərinin istifadəsinə hazır vəziyyətə gəlir. Proses boyunca biz yaradıcı konsepsiyalarımızın düzgün tətbiqini və icrasını təmin etməyə, müştərinin xəyallarını reallaşdırmaq üçün çalışırıq.

Nə üçün biz?

Daxili dizayn layihələri sənət əsərləridir.

Biz interyer işini planlaşdırarkən sizin üstünlük, məkan, interyer tendensiyaları, funksionallıq kimi bütün amilləri nəzərə alırıq.

İxtisaslı interyer dizaynerlərinə ehtiyacınız varsa, bu işdə sizin köməyinizə Korona mebel gəlir.

Müştəri rəyi